İdman

gimnastikadan

başlayır

AVROPA ÇEMPİONATINDA UĞUR QAZANAN AZƏRBAYCAN GİMNASTLARI BAKIDA BÖYÜK COŞQU İLƏ QARŞILANIB

04 iyun 2013

AVROPA ÇEMPİONATINDA UĞUR QAZANAN AZƏRBAYCAN GİMNASTLARI BAKIDA BÖYÜK COŞQU İLƏ QARŞILANIB

“Artıq ardıcıl 5-ci Avropa çempionatıdır ki, gimnastlarımız bizi sevindirir”. Bunu bu gün yarışdan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bildirib. Hava limanında gimnastlarımız böyük coşqu ilə qarşılanıb.

Onun sözlərinə görə, bu Avropa çempionatı Azərbaycan gimnastları üçün daha uğurlu keçdi, çünki nəticələrimiz ötənilki çempionatdan daha yaxşı oldu: "Bizim yunior yığmamız ötən dəfə bürünc medal qazanmışdı, indi isə gümüşə layiq görüldü".

Baş məşqçi qeyd edib ki, komandada iki çox gənc, təcrübəsiz gimnast var - Lalə Yusifova və Marina Durunda, lakin onlar ötən çempionatda Aliyə Qarayeva və Anna Qurbanovanın qazandığı komanda hesabındakı dördüncü yeri təkrarladılar: "Lakin bu dəfə bizim böyük sevincimiz var, çünki artıq gələn il Bakıda keçiriləcək Avropa çempionatına iki kvota əldə etmişik. Ötən dəfə isə yalnız Aliyə Qarayeva çıxış edirdi. Mən çox xoşbəxtəm və bütün əməyi keçən şəxslərə minnətdarlığımı bildirirəm".