İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Türkiyədən 17 medalla qayıtdılar

08 sentyabr 2014

Azərbaycan gimnastları Türkiyədən 17 medalla qayıtdılar

 

İdman gimnastikası üzrə keçirilən “Bosfor Kuboku – 2014”dən  gimnastlarımız 5 qızıl, 8 gümüş və 4 bürünüc ilə qayıtdılar. Yarışlar Türkiyənin mədəniyyət paytaxtı İstanbulda 6-7 sentyabr tarixlərində keçirilirdi. Kubok idmançılarımız üçün medallarla zəngin oldu.

 

Anna Pavlova müxtəlif hündürlüklü qollarda, dayaqla tullanma və tir üzərində parlaq çıxışlar nümayiş etdirərək, komandanın hesabına 4 qızıl medal qazandırdı. Bundan əlavə, o, ad günündə özünə hədiyyə edərək, çoxnövçülükdə də birincilik əldə etdi. Onun ardınca isə komandamızın digər üzvləri – Marina Nekrasova, Yuliya İnşına və Mariya Smirnova sıralanmışdı. Ölkənin hazırki çempionu Marina Nekrasova dayaqla tullanmada 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü nəticəni göstərdi.


Kişi idman gimnastlarımız da İstanbulda keçirilən yarışlarda 8 medal qazanaraq fərqləndilər. Petr Paxnyuk paralel qollarda ideal çıxış nümayiş etdirərək, komandaya qızıl medal qazandırdı. O, həmçinin at üzərində hərəkətlərdə bürünc medal qazandı və çoxnövçülükdə 2-ci yerdə qərarlaşdı. Azərbaycanın hazırki çempionu Oleq Stepko parallel qollarda, turnik və at üzərində, həmçinin sərbəst hərəkətlərdə  gümüş medal qazandı, çoxnövçülükdə isə 3-cü yerdə qərarlaşdı.


Komanda hesabında Petr Paxnyuk, Oleq Stepko, Ruslan Namazov və Uğur Xəlilbəyli Bolqarıstan komandasını qabaqlayaraq gümüş medal qazandılar. Qızıl isə Türkiyə idmançılarına nəsib oldu. Qarşıda idmançılarımızı mövsümün  ən əhəmiyyətli yarışı – Oktyabr ayında Çində keçiriləcək Dünya Çempionatı gözləyir.