İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları "GymGala" şousunda çıxış ediblər

18 dekabr 2018

Azərbaycan gimnastları "GymGala" şousunda çıxış ediblər

15-16 dekabr tarixlərində gimnastikanın tanınmış simaları Belçikanın Antverp şəhərində toplaşıblar.

20-ci “GymGala” şousunun baş tutduğu Lotto Arenasında gimnastikanın müxtəlif növləri üzrə Dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları öz çıxışlarını təqdim ediblər. Dəvətlilər arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Siyana Vasileva, Diana Əhmədbəyli, Zeynəb Hümmətova, Ayna Cəfərova və Aliyə Paşayevanın gözoxşayan performansları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Azərbaycan gimnastikasının daha bir nümayəndəsinin sorağı isə Braziliyadan gəlib. Belə ki, bədii gimnastika üzrə milli komandamızın xoreoqrafı Kamil Quliyev qarşı tərəfin dəvəti ilə bir neçə gün ərzində Braziliyanın 150-ə yaxın gimnastlarına öz təcrübəsini bölüşərək, onlara balet və rəqslə bağlı dərslər keçib.