İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Moskvada keçirilən Dünya Çempionatında iplə hərəkətləri nümayiş etdirmişlər

21 sentyabr 2010

Azərbaycan gimnastları Moskvada keçirilən Dünya Çempionatında iplə hərəkətləri nümayiş etdirmişlər

Bu gün, “Olimpiyski” idman kompleksində bədii gimnastika üzrə Dünya Çempionatının ikinci günüdür. Azərbaycan gimnastları iplə çıxış etmişlər. Samirə Mustafayeva bu alətlə 25.55 xal toplamışdır. İki günün nəticələrinə görə isə onun ümumi xalı 50.95 xal təşkil etmişdir.

Anna Qurbanova 26.2 xal toplayaraq daha uğurlu cıxış nümayiş etdirmişdir. İki günün nəticələrinə əsasən, o, ümumilikdə 52.65 xal toplamışdır.

Onun ardınca xalça üzərinə, haqlı olaraq Azərbaycan komandasının lideri hesab olunan Aliyə Qarayeva dəvət olunmuşdur. O, ruhlandırıcı kompozisiya nümayiş etdirmiş və 27.075 xal toplamışdır. Nəticədə, onun hakimlərdən iki çıxışa görə aldığı xal ümumilikdə 54.35 xal təşkil etmişdir.

Axşam final mərhələləri (ip, halqa) keçiriləcək. Həmin finallarda Aliyə Qarayeva da iştirak edəcək.