İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Stepko və Pravdina - ölkənin mütləq çempionları

05 mart 2015

Azərbaycan gimnastları Stepko və Pravdina  - ölkənin mütləq çempionları

Gimnastika növləri üzrə birgə çempionatın ilk günü sona çataraq, maraqlı qələbələrlə yadda qaldı.

Çoxnövçülük üzrə finalın nəticələrinə əsasən kişi idman gimnastikasında qızıl medalı və ölkənin mütləq çempionu adını Azərbaycanlı gimnast Oleq Stepko (90.600 xal), ikinci yeri onun həmyerlisi Petro Paxnyuk (88.055) və üçüncü yeri isə London Olimpiya Oyunlarının mükafatçısı, Xorvatiyalı Filip Ude qazandı (86.100).

Həmçinin, yarışlarda qadın idman gimnastikasında ölkəni təmsil edən Kristina Pravdina da hesabına qızıl medal yazdırdı. 4 çıxışın nəticəsinə görə 50.339 xal toplayan gimnastımız ölkənin mütləq çempionu oldu. Onun ardınca isə Türkiyədən olan iştirakçılar Tutya Yılmaz (50.131) və Demet Mutlu (49.332) sıralanmışdılar.

Yarışın sabahkı günü isə gimnastikanın 4 növünə - batut, aerobika, bədii gimnastika və akrobatikaya həsr olunacaq. Yarışların yekun günü isə zəngin keçəcək. Belə ki, həmin gün gimnastikanın 6 növü üzrə mübarizələr baş tutacaq.

Yarışlarda 22 ölkədən 133 gimnast iştirak edir və onların arasında dünya gimnastikasının ulduz simaları, bədii gimnastika üzrə Dünya ikiqat və Avropa üçqat çempionu Yana Kudryavtseva, kişi idman gimnastikası üzrə Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının gümüş mükafatçısı Filip Ude, ölkənin ikiqat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durunda və digərləri  var.

Bu çempionatın əsas xüsusiyyəti Avropa Oyunlarının formatında keçirilməsidir. Yarışlar gimnastika tarixində ilk nümunə olacaq, həmçinin aerobika və akrobatika gimnastlarının bədii gimnastlarla bərabər, idman gimnastlarının isə batutçularla bərabər eyni məkanda mübarizə aparmaqları üçün gözəl fürsət olacaq.

Competition Schedule
Men Entry List by NOC
Men's Individual All-Around Final Start List
Men's Individual All-Around Final Judges Assignment
Men's Individual All-Around Final Intermediate Results after rotation 3
Men's Floor Exercise Qualification Results
Men's Vault Qualification Results
Men's Paralel Bars Qualification Results
Men's Horizontal Bar Qualification Results
Men's Rings Qualification Results
Men's Pommel Horse Qualification Results
Men's Individual All-Around Final Medallists
Men's Individual All-Around Final Results
Women Entry List by NOC
Women's Individual All Around Final Start List
Women's Individual All Around Final Judges Assignment
Women's Individual All-Around Final Intermediate Results after rotation 2
Women's Floor Exercise Qualification Results
Women's Vault Qualification Results
Women's Uneven Bars Qualification Results
Women's Balance Beam Qualification Results
Women's Individual All Around Final Medallists
Women's Individual All Around Final Results