İdman

gimnastikadan

başlayır

Gənc gimnastlar özlərini Azərbaycan gimnastikasının gələcəyi kimi tanıtdılar

04 iyun 2012

Gənc gimnastlar özlərini Azərbaycan gimnastikasının gələcəyi kimi tanıtdılar

Azərbaycanın gənc gimnastları Avropa çempionatında özlərini Azərbaycan gimnastikasının gələcəyi kimi tanıtdılar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Avropa çempionatından qayıdan bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bildirib.

"Mən çox şadam ki, gimnastlarımız gənclər arasında yarışmalarda iki medal qazanmaqla çox yaxşı nəticə göstərdilər", - Vasileva deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın gimnastika üzrə yığmasının lideri Aliyə Qarayeva Nijni Novqorodda bədii gimnastika üzrə keçirilən Avropa çempionatında çoxnövçülükdə üçüncü yeri tutub.

Üçüncü yer tutan gənc gimnast Gülsüm Şəfizadə qeyd edib ki, həlledici yarışmalarda layiqli çıxış etməyi və Azərbaycan bayrağını yüksəltməyi arzulayıb. "Hələ də inana bilmirəm ki, Avropa çempionatının bürünc mükafatçısıyam", - o deyib.

"Çempionat çətin keçdi, lakin biz ən yüksək səviyyədə çıxış etməyə çalışdıq", - digər gimnast Nilufər Niftəliyeva bildirib. O da məşqçilərinə və federasiyaya minnətdarlıq edib.