İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI MACARISTANDAKI TURNİRDƏ 12 MEDAL QAZANDILAR

24 fevral 2014

AZƏRBAYCAN GİMNASTLARI MACARISTANDAKI TURNİRDƏ 12 MEDAL QAZANDILAR

Azərbaycanlı gimnastlar iki həftə əvvəl Estoniyada olduğu kimi, Macarıstanda keçirilən beynəlxalq turnirdə də 12 medal qazanıblar.

Komandanın lideri Marina Durunda yarış proqramında nəzərdə tutulan 5 qızıl mükafatın hamısını qazanıb! Durundanın Tartuda (Estoniya) üç dəfə fəxri kürsüyə qalxdığını nəzərə alsaq, bu, fenomenal uğurdur.

Üç mümkün yerdən ikisi ölkənin qrup komandasına məxsusdur. Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman və Aynur Mustafayeva əvvəlcə 3 top və 2 lentlə, sonra isə 10 gürzlə tapşırığı yerinə yetiriblər.

Yalnız çoxnövçülükdə qızların aktivliyi azalıb ki, bu da rəqiblərə onları bir bənd qabaqlamaq imkanı verib və onlar ikinci olublar.

İndi isə iyunun 13-15-də Bakıda keçiriləcək Avropa çempionatında ən çox mükafat dəsti uğrunda mübarizə aparacaq yeniyetmələrin Budapeşt yarışı haqqında.

14 yaşlı bakılı gimnast Jalə Piriyeva halqa və topla tapşırığa, Beyza Demir isə (1999-cu il təvəllüdlü) lentlə tapşırığa görə bürünc medal qazanıb. Komanda hesabında gənc idmançılar ikinci yeri tutublar.

Milli yığmanın baş məşqçisi Mariana Vasilevanın fikrincə, onun yetirmələrinə uzun müddət dincəlmək nəsib olmayacaq. Çünki artıq bu həftə Moskvada Qran-pri seriyasından bu ilin ilk turniri start götürəcək. Rusiya paytaxtında Durunda (Qran-pri), böyüklərdən ibarət qrup komandası (beynəlxalq turnir), Demir və Emiliya Bağıyeva, Səbinə və Zeynəb Hümmətovalar, Cənnət Məmmədova və Səbinə Əlizadədən (yeniyetmələrin Olimpiya Oyunları üzrə təsnifat) ibarət yeniyetmələrin qrup komandası iştirak edəcək.