İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI “QRAN-PRİ MOSKVA-2014” YARIŞINDA BİR GÜMÜŞ VƏ BİR BÜRÜNC MEDAL QAZANDILAR

03 mart 2014

AZƏRBAYCAN GİMNASTLARI “QRAN-PRİ MOSKVA-2014” YARIŞINDA BİR GÜMÜŞ VƏ BİR BÜRÜNC MEDAL QAZANDILAR

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli kollektivimiz bir gün ərzində iki medal qazanmaqla böyük əks-səda yaradıb. Azərbaycan gimnastlarının ölməz Müslüm Maqomayevin “Mavi əbədiyyət” əsərinin sədaları altında 3 top və 2 lentlə çıxışı zərifliyi ilə hakimləri elə riqqətə gətirdi ki, onlar Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevaya layiq olduğu xalları verməkdə tərəddüd etmədilər. Nəticədə gimnastlarımız bu proqramda yüksək (16.95) xal toplayaraq gümüş medal qazanıblar.

Azərbaycan qrup hərəkətləri komandaları arasında 10 gürzlə finalda bürünc medala layiq görülüb. Birinci yeri Rusiya tutub, bolqar gimnastlar isə ikinci olublar.

Fəxri kürsüyə çıxan qızlar komanda üzvü, həmin gün 18 yaşı tamam olan Siyanaya qeyri-adi hədiyyə ediblər. Bakıda ad gününü qeyd etdikdən sonra bu qızlar və eləcə də fərdi gimnast Gülsüm Şəfizadə 7-9 mart tarixlərində keçiriləcək növbəti Qran-pri yarışında iştirak etmək üçün bir neçə gündən sonra Fransanın Tiye şəhərinə yola düşəcəklər.