İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI İTALİYA, BELÇİKA VƏ ÖZBƏKİSTANDA MEDALLAR ƏLDƏ ETMİŞLƏR

08 noyabr 2009

AZƏRBAYCAN GİMNASTLARI İTALİYA, BELÇİKA VƏ ÖZBƏKİSTANDA MEDALLAR ƏLDƏ ETMİŞLƏR

İtaliyanın Desio şəhərində bədii gimnastika üzrə İtaliya klub çempionatının ikinci mərhələsi keçirilmişdir. Ölkənin aparıcı gimnastları Aliyə Qarayeva və Anna Qurbanova hesabat turunda uğurla çıxış etmişlər. Paduyanın “Ardor” komandasında çıxış edən Qarayeva A2 seriyasında iştirak edir. O, tamaşaçıların diqqətinə top (25.35) və lentlə (24.125 xal) kompozisiyaları çatdırmışdır. Qarayeva öz komandasında ən yaxşı nəticə göstərmiş, eləcə də topla hərəkətlərdə ümumilikdə ikinci nəticəni əldə etmişdir. “Ardor” 135.2 xal ümumi nəticə ilə bürünc medalları əldə etmişdir. İki turun sonunda Paduya komandası 32 xalla 4-5-ci yerləri bölüşdürür. “Komense” klubunu təmsil edən Qurbanova da top (26.55) və lentlə (24.95 xal) çıxış etmişdir. Onun ifasında topla hərəkət ən yaxşı nəticəyə layiq görülmüşdür. İkinci mərhələdə “Komense” 142.25 xalla 4-cü yeri tutmuşdur. Seriyanın ümumi hesabında isə Qurbanovanın komandası 10 xalla 8-ci yerdə qərarlaşıb. Eyni zamanda kontinental Belçikada və Asiya Özbəkistanında yeniyetmə gimnastl

ar

üçün iki yarış keçirilmişdir. Belçika paytaxtından saat yarımlıq məsafədə yerləşən Vervye turnirinin təşkilatçıları ağıllarına da gətirə bilməzdilər ki, medal dəstlərinin son məntəqəsi Brüssel yox, Bakı olacaq. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, həm çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə Azərbaycan idmançıları 10 mükafat əldə etmişlər. Fərdi hesabda 13 yaşlı bakılı Lalə Yusifova turnirdə qalib gəlmiş, onun həmyaşıdı Ayşə Mustafayeva isə üçüncü mükafatçı olmuşdur. Finallarda Yusifova halqa və topla qızıl medal qazanmış, gürzlərlə 2-ci, iplə 3-cü olmuşdur. Mustafayeva isə gürzlərlə hərəkətlərdə qalib gəlmiş, top, halqa və iplə gümüş medalları qazanmışdır. Mütəxəssislər qeyd edir ki, ölkənin məşqçi korpusu 2010-cu ildə Almaniyada Avropa çempionatında həmin gimnastlara ümid bəsləyə bilərlər. Daşkəndə səfər heç də az uğurlu olmamışdır. Gənc gimnastlar altı mükafat əldə etmişlər. 1-ci yerləri Mehparə Mansurova (1999-cu il, çoxnövçülük) və Ruqiyyə Səttarova (2000

, ç

oxnövçülük) tutmuşlar, 2-ci və 3-cü yerlərdə Ləman Dadaşlı (1998, ip və halqa) qərarlaşmış, Əminə Məmmədzadə və Nəzrin Abdullayeva isə (hər ikisi - 2000) çoxnövçülükdə 3-4-cü yerləri bölüşdürmüşlər.