18 iyun 2013
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 13 yaşlı Bakı gimnastının digər ölkələrdən olan həmyaşıdları üzərində qələbəsi artıq proqramın ilk növlərinin icrasından sonra aydın olub.
Piriyevanın komanda yoldaşı Züleyxa İsmayılova mübarizəni daha da gərginləşdirməyə çalışıb, lakin yalnız "Qələbəyə doğru iradəyə görə" mükafatı ilə kifayətlənib.
1999-cu il təvəllüdlü Veronika Ömərova Azərbaycan bayrağını ikinci dəfə ən yüksəyə qaldırmağa yaxın olub. Lakin rusiyalı Yuliya Bravikovanı qabaqlamaq üçün ona bir neçə bal kifayət etməyib. Yekunda 14 yaşlı idmançı gümüş medal qazanıb.
Qazaxıstan paytaxtında isə daha bir beynəlxalq turnir "Bakı"nın dörd yeniyetmə idmançısının iştirakı ilə baş tutub. Kluba yeganə mükafatı Rəhimə Aslanlı (2005-ci il təvəllüdlü) qazandırıb. Aslanlı ikinci yeri rusiyalı gimnastla bölüşüb. Cəmilə İbrahimovanı (2006) fəxri kürsüdən bir addım ayırıb, Nərminə Səmədova (2004) beşinci, Günel Manaflı (2002) isə onuncu olub.