İdman
gimnastikadan
başlayır
07 oktyabr 2009
Azərbaycan gimnastları Bolqarıstanda keçirilən “Danube Pearl” beynəlxalq turnirində əsl medal məhsulu yığmışlar. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, komandamız doqquz mükafat əldə etmişlər. Onlardan 5-i 14 yaşlı idman gimnastı Elvin Ağadədəyevin hesabındadır (at və halqalarda “qızıl”, çoxnövçülükdə “gümüş” və paralel qollar və turnikdə “bürünc”). Digər medallar 1996-cı il təvəllüdlü gimnastlar arasında çıxış edən bədii gimnast Lalə Yusifovanın hesabındadır. O, dörd medal əldə etmişdir – halqa ilə qızıl, topla gümüş və ip və çoxnövçükdə iki bürünc mükafat qazanmışdır. Həmçinin Jalə Qaratovanı (1995) qeyd etmək lazımdır. O, gürzlərlə finalda 4-cü yeri tutmuşdur. Paralel olaraq Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilirdi. Burada iki Azərbaycan idmançısı çıxış edirdi. 1996-cı il təvəllüdlü gimnastların yarışında Ayşə Mustafayeva beş dəfə 5-ci yerə layiq görülmüşdür – dörd finalda və çoxnövçülükdə. Mənsurə Bağıyeva (1997) iplə 8-ci və ümumi hesabda 11-ci olmuşdur.