İdman

gimnastikadan

başlayır

Azərbaycanlı beynəlxalq dərəcəli hakim “Qızıl diplom”a layiq görüldü

11 oktyabr 2019

Azərbaycanlı beynəlxalq dərəcəli hakim “Qızıl diplom”a layiq görüldü

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

Hakimimizə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu Dünya Çempionatı (4-13 oktyabr) çərçivəsində təqdim olunub.

Qeyd edək ki, bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Oyunlarında qüsursuz fəaliyyətə görə verilir.

Xatırladaq ki, Rza Əliyev Azərbaycanın  Gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.

Rza Əliyevi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik!