İdman

gimnastikadan

başlayır

Batutçularımız gimnastika tariximizdə ilk dəfə olaraq dünya ikincisi oldular

06 dekabr 2019

Batutçularımız gimnastika tariximizdə ilk dəfə olaraq dünya ikincisi oldular

5 dekabrda Tokioda start götürmüş batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının elə ilk günü gimnastlarımız üçün uğurlu olub.

11-12 yaşlı batutçular arasında sinxron proqramda çıxış edən Hüseyn Abbasov və Maqsud Mahsudov Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq bu növ üzrə yarışlarda gümüş medal qazanıb. Hakimlərdən 46.310 xal alan gimnastlarımız yalnız Rusiya təmsilçilərindən geri qalıb.

Gələn ildən etibarən böyüklər arasında çıxış edəcək Selcan Mahsudova da finala vəsiqə qazanmağı bacarıb. Yarışlarda 15-16 yaşlı batutçular arasında fərdi proqramda mübarizə aparan Selcan final mərhələsində medalın 1 addımlığında dayanaraq, 4-cü yerdə qərarlaşıb.

15-16 yaşlı gimnastların tamblinq yarışlarında çıxış edən Tofiq Əliyev isə 12-ci olub.

Dünya Yaş Qrupları Yarışları 8 dekabrda yekunlaşacaq.