İdman

gimnastikadan

başlayır

SİLAHLI QÜVVƏLƏR GÜNÜNDƏ HİMNİMİZ PORTUQALİYADA SƏSLƏNDİ

27 iyun 2016

SİLAHLI QÜVVƏLƏR GÜNÜNDƏ HİMNİMİZ PORTUQALİYADA SƏSLƏNDİ

26 iyunda - Azərbaycanda Silahlı Qüvvələr günü qeyd olunduğu zaman ölkəmizin himni Portuqaliyanın Anadiya şəhərində səsləndi.

Azərbaycanı Rio-2016 Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko 23-26 iyun tarixlərində keçirilmiş “Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunda sevimli aləti olan parallel qollarda qızıl medala layiq görülmüşdür. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal toplamışdır.

Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn Oleq hər iki alətdə 7-ci nəticəni göstərmişdir.

Oleq ilə birgə parallel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci yeri tutmuşdur.