21 mart 2017
Gürcüstanın Tbilisi şəhərində keçirilmiş (11-16 fevral) Batut, tamblinq və ikili mini batut üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlandı.
Kurslarda iştirak etmiş Azərbaycan təmsilçiləri Kamil Quliyev batut gimnastikası üzrə 4-cü, Abdulla Qasımov tamblinq üzrə 4-cü, Adil Hüseynzadə isə tamblinq üzrə 3-cü hakimlik dərəcəsini əldə ediblər.
Qeyd edək ki, bu kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.