İdman

gimnastikadan

başlayır

Azərbaycanın qrup hərəkətləri komandası “Challenge” seriyasına aid Dünya Kuboklarının qalibi oldu

26 avqust 2018

Azərbaycanın qrup hərəkətləri komandası “Challenge” seriyasına aid Dünya Kuboklarının qalibi oldu
Bu gün, Kazanda (Rusiya) bədii gimnastika üzrə Dünya Çempionatı öncəsi (11-16 sentyabr, Sofiya, Bolqarıstan) "Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurdu.
 
Turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.
 
Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya Kuboklarının yekun xallarına əsasən Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq, qalib olublar.
 
Qızlarımızı təbrik edir və onlara qarşıdakı Dünya Çempionatında uğurlar arzulayırıq!