İdman

gimnastikadan

başlayır

Azərbaycan yığma komandası İzmirdə keçirilən Dünya Çempionatında 5-ci oldu

29 sentyabr 2014

Azərbaycan yığma komandası İzmirdə keçirilən Dünya Çempionatında 5-ci oldu

Azərbaycanın bədii gimnastika üzrə yığma komandası 22-28 sentyabr tarixlərində İzmirdə keçirilən Dünya Çempionatında çıxışlarını yekunlaşdırıblar.

 
Səbinə Abbasova, Siyana Vasileva, Diana Doman, Aliyə Paşayeva, Aynur Mustafayeva və Aleksandra Platonovadan ibarət qrup hərəkətləri komandamız yarışın təsnifat mərhələsi günü 10 gürz və daha bir kompozisiya – 3 top və 2 lentlə çıxış edərək, hər iki finala çıxmağa müvəffəq oldular. Ötən çempionatda isə onlar yalnız bir finala çıxa bilmişdilər.


10 gürzlə çıxışlarına görə hakimlərdən 15.416 xal, 3 top və 2 lent ilə çıxışlarına görə isə 16.608 xal alan qrup komandamız 8-ci yerdə qərarlaşdılar. Marina Durundanın fərdi çoxnövçülükdə 6-cı yerdə qərarlaşması da komandamız üçün daha bir uğurlu nəticə oldu.


Komanda hesabında yığmamız 132.648 xalla 5-ci yerdə qərarlaşaraq, 4-cü və 3-cü yerləri qazanan İzrail və Ukrayna yığmalarına cüzi güzəştə getdilər. Ən çox qızıl medal qazan Rusiya yığması isə ümumi nəticədə 147.914 xal topladı.