18 fevral 2017
Azərbaycanlı batutçu İlya Qrişunin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya kubokunun finalına çıxıb.
Trend-in məlumatına görə, o, 110,715 xal yığaraq beçinci nəticə ilə finala çıxıb.
Ondan başqa finala müvafiq olaraq birinci və üçüncü yeri tutmaqla Rusiya nümayəndələri Dmitri Uşakov (112,990 xal) və Mixail Melnik (111,285 xal) vəsiqə qazanıb.
Ötən ilin olimpiya çempionu, Belarus gimnastı Vladislav Qonçarov 112,055 xal yığmaqla ikinci nəticə ilə finala çıxıb.
Digər finalçılar Belarusdan Oleq Ryabtsev, Portuqaliyadan Dioqo Abreu, qazaxıstanlı Pirməmməd Əliyev və yaponiyalı Masaki İto olub.
“Trend” İnformasiya Agentliyi, 18 fevral 2017-ci il