10 iyun 2019
Bu həftəsonu, gimnastikanın daha bir növü üzrə təmsilçimiz beynəlxalq yarışda iştirak edib.
Belə ki, Belçikanın Gent şəhərində keçirilən qadın idman gimnastikası üzrə beynəlxalq turnirdə milli komandamızın gənc gimnastı Milana Minakovskaya çıxış edib.
Milana iştirak etdiyi ilk beynəlxalq turnirində 4 alətdə öz proqramını nümayiş etdirib. Bütün çıxışlarının nəticəsinə əsasən, ümumilikdə 43.932 xal toplayan gimnastımız, 69 təmsilçi arasında 44-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Milana Minakovskaya bu il Macarıstanın Gyor şəhərində baş tutacaq gənclər arasında ilk Dünya Çempionatında (27-30 iyun), həmçinin Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında (21-27 iyul) ölkəmizi təmsil edəcək.