İdman
gimnastikadan
başlayır
03 mart 2026
3 mart 2026-cı il tarixində Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 54-cü iclası keçirilib.
Gündəliyə əsasən 2026-cı ildə gimnastika növləri üzrə milli komandalara ilk dəfə cəlb olunan gimnastların təmsil etdiyi klub və idman təşkilatları, eləcə də şəxsi məşqçilərinin mükafatlandırılması ilə bağlı siyahı müzakirə olunaraq təsdiqlənib, təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (Safeguarding) üzrə hesabat dinlənilib.
AGF-nin 2026-cı il 16 fevral tarixli Ümumi Yığıncağında qəbul edilmiş Nizamnaməyə müvafiq olaraq “Atletlər Komissiyası”nın əsasnaməsi qəbul edilib.
İclasda Nurlana Məmmədzadə hesabat seçki xarakteri daşıyan builki Ümumi Yığıncaqdan sonrakı dövr üçün yenidən baş katib təyin olunub. Son bir il ərzində isə səlahiyyətlər Fatimə Şəfizadəyə həvalə olunmuşdu.