İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyası 2023-cü ilin ən yaxşı federasiyası seçilib

27 dekabr 2023

Azərbaycan Gimnastika Federasiyası 2023-cü ilin ən yaxşı federasiyası seçilib

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. “Buta Palas”da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir Olimpiya ili olan 2024-cü ilin idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.
Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
2023-cü ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə görə gimnastika üzrə təltif olunan nominasiyaları təqdim edirik:

2023-cü ilin idman federasiyası
I yer - Azərbaycan Gimnastika Federasiyası

2023-cü ilin ən yaxşı qadın idmançısı
I yer - Zöhrə Ağamirova (bədii gimnastika)

2023-cü ilin ən yaxşı qadın komandası
I yer - Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina)

2023-cü ilin idman klubu
I yer - “Ocaq Sport” klubu

2023-cü ilin ən yaxşı məşqçisi
II yer - Siyana Vasileva (bədii gimnastika)

2023-cü ilin ən yaxşı kişi idmançısı
II yer - Mixail Malkin (tamblinq)

2023-cü ilin idman qurğusu
II yer - Mili Gimnastika Arenası

2023-cü ilin ən yaxşı kişi komandası
III yer - tamblinq üzrə kişilərdən ibarət komanda (Tofiq Əliyev, Mixail Malkin, Adil Hacızadə, Elnur Məmmədov)

Reytinq cədvəlində 2023-cü ili ilk onluqda başa vuran idmançılar arasında bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri, Zöhrə Ağamirova (bədii gimnastika) və  Nikita Simonov (idman gimnastikası) da yer alıblar.