01 noyabr 2022
İngiltərənin Liverpul şəhərində kişi və qadın idman gimnastikası üzrə keçirilən dünya çempionatında ölkəmizi təmsil edən yığma komandamızın üzvləri, İvan Tixonov, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya çıxışlarını başa vurublar.
Təmsilçilərimizdən ən yaxşı nəticəni halqalar ilə hərəkətin icrasında Nikita Simonov göstərib. O, dünya çempionatını 11-ci pillədə başa vurub.
Ən güclülərin yarışında millimizin üzvü Nikita Simonovun halqaların icrası üzrə təqdim etdiyi yeni element FIG-nin kişi idman gimnastikası üzrə Texniki Komitəsi tərəfindən təsdiq edilib. Qeyd edək ki, kişi idman gimnastikası üzrə qaydalara əsasən, dünya çempionatında əvvəlcədən təqdim edilən indiyədək heç vaxt icra olunmayan istənilən orijinal element yarış zamanı idmançı tərəfindən qüsursuz şəkildə yerinə yetirilərsə, həmin hərəkət idmançının adı ilə adlandırılır.
Nikita Simonov tərəfindən təqdim olunan hərəkətin təsviri:
Alət: Halqalar
Elementin adı: Düz qollar və bədənlə yavaş-yavaş geriyə çevrilərək “qaranquş” vəziyyətindən başı aşağı xaç hərəkəti
Elementin dəyəri: F