İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları sabah 3 finalda çıxış edəcək

28 may 2021

Azərbaycan gimnastları sabah 3 finalda çıxış edəcək

Azərbaycan gimnastları aerobika gimnastikası üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən təsnifat yarışlarında 3 final mərhələsinə vəsiqə qazanıb. 

Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Elçin Məmmədov, İmran İmranov, Nigar İbrahimbəyli və Akif Kərimlidən ibarət Azərbaycanın aerodans komandası 18.200 xal finala adlayıb. 

Ölkəmizi fərdi proqramda təmsil edən Vladimir Dolmatov da dünyanın ən güclülərinin yarışdığı bu çempionatda finala vəsiqəni təmin edib.

Sabahkı finallarda Azərbaycanı təmsil edəcək digər gimnastlar isə qrup proqramı üzrə çıxış edəcəklər. Vladimir Dolmatov, İmran İmranov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva və Nərminə Hüseynovadan ibarət beşlik ən yaxşı 8 qrup arasında mübarizə aparacaq.