İdman

gimnastikadan

başlayır

Azərbaycanın nümayəndə heyəti bədii gimnastika üzrə AVRO-da iştirak edəcək

16 may 2024

Azərbaycanın nümayəndə heyəti bədii gimnastika üzrə AVRO-da iştirak edəcək

Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub. Turnir mayın 22-də start götürəcək və ayın 26-dək davam edəcək. Azərbaycan komandasının tərkibində fərdi birincilikdə Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcək. Milli komandamız AVRO-da həm də qrup xərəkətləri komandasının tərkibində iştirak edəcək. Komandamızı Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina təmsil edəcək. Gənclərin yarışında Azərbaycan gimnastları Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı çıxış edəcək. Bu Avropa çempionatı Parisdə keçiriləcək yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq. Turnirdə ümumilikdə 302 idmançı çıxış edəcək. Azərbaycan idmançılarına uğurlar və parlaq çıxışlar arzulayırıq!