İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN QRUP KOMANDASI BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATINDA ÇOX GÖZƏL NƏTİCƏ GÖSTƏRMİŞDİR

12 sentyabr 2009

AZƏRBAYCAN QRUP KOMANDASI BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATINDA ÇOX GÖZƏL NƏTİCƏ GÖSTƏRMİŞDİR

Bu gün Mie şəhərində (Yaponiya) keçirilən bədii gimnastika üzrə dünya çempionatında qrup komandalarının yarışları start götürmüşdür.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, Vəfa Hüseynova, Ceyla Quliyeva, Valeriya Yeqay, Dina Qorina, Anastasiya Prasolova və Stefani Trayanovadan ibarət ölkəmizin yığma komandası çoxnövçülük üzrə finalda 4-ci yeri tutmuşdur.

Mütəxəssislərin fikrincə, bu gözəl nəticədir. Azərbaycan qrup komandası hər iki növdə – beş halqa, eləcə də üç lent və iki iplə hərəkətlərdə finala çıxmağa nail olmuşdur. Final yarışları sabah baş tutacaq.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti və Rusiya yığma komandasının baş məşqçisi İrina Viner Azərbaycan qrup komandasının nəticəsi barədə demişdir:

“Azərbaycan komandasının əla çıxışı! Gözəl məşqçi və ansambl. Bütün Rusiya nümayəndə heyəti Azərbaycan gimnastlarına azarkeşlik edirdi. İki finaldan ikisi – yaxşı nə ola bilər? Azərbaycan komandasına uğurlar və özünəinam arzulayıram. Unutmayın, şans həmişə var. Sadəcə onu vaxtında və düzgün istifadə etmək lazımdır”.