İdman

gimnastikadan

başlayır

Bakıda İdman Gimnastikası üzrə Dünya Kuboku ləğv olundu

26 yanvar 2021

Bakıda İdman Gimnastikası üzrə Dünya Kuboku ləğv olundu

4-7 mart 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan İdman Gimnastikası üzrə Dünya Kuboku ləğv olundu. 

Yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, 7-9 may 2021-ci ildə paytaxtımızda bədii gimnastika üzrə Dünya Kubokları, aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları (21-23 may) və 16-cı Dünya Çempionatı (27-29 may), batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci Dünya Çempionatı və 28-ci Dünya Yaş Qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.