İdman

gimnastikadan

başlayır

Bakıda keçirilən Dünya kuboku başa çatdı

09 mart 2025

Bakıda keçirilən Dünya kuboku başa çatdı

6-9 mart tarixlərində Milli Gimnastika Arenası idman gimnastikası ulduzlarının bir-birindən maraqlı, həyəcanlı və peşəkar çıxışlarına ev sahibliyi etdi. 
Dörd gün davam edən yarışlarda kişi və qadın gimnastlar müxtəlif alətlər üzrə öz bacarıqlarını nümayiş etdirdilər. 

Kubokda ölkəmizi kişilər arasında 6, qadınlar arasında 1 idmançı təmsil etdi. Bugünlərdə Almaniyanın Kotbus şəhərində gümüş medal qazanan, komandamızın əsas ulduzlarından olan təcrübəli idmançımız Nikita Simonov yenə ümidləri doğrultdu. O, halqalar ilə proqramda qızıl medal sahibi oldu. Millimizin digər üzvləri Murad Ağarzayev və Dəniz Əliyeva dayaqlı tullanmada yeddinci, İvan Tixonov isə turnik ilə proqramda səkkizinci yerin sahibi oldular. 
Təəssüf ki, bu kubokda komandanın gənc üzvü Nazənin Teymurova aldığı zədə səbəbindən çıxış edə bilmədi.

Yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edildi. Kişilər arasında kuboka ukraynalı təmsilçi Çepurni Nazar, qadınlar arasında isə macarıstanlı Mayer Qreta layiq görüldü.