01 noyabr 2017
2018-ci il 12-15 aprel tarixlərində Bakı batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa Çempionatına ev sahibliyi edəcəkdir.
Ötən həftə, 2017-ci ilin son Avropa Çempionatı başa çatdıqdan sonra diqqət dərhal növbəti ilə yönəldi. Belə ki, Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa Çempionatının Yerli Təşkilat Komitəsi Avropa Gimnastika İttifaqının (UEG) Baş direktoru Liza Uortman (Almaniya), batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zemanı (Çexiya) və UEG-nin işçi heyətini Milli Gimnastika Arenasında salamladı. Bütün gimnastika növləri üzrə yığma komandaların evi hesab edilən - Milli Gimnastika Arenası - proqramına tamblinq, ikili mini-batut və batut gimnastikası üzrə fərdi və sinxron çıxışlar daxil olan və iki ildən bir keçirilən Avropa Çempionatı yarışları üçün ideal bir məkan olacaqdır. Elə həmin bu məkanda İlk Avropa Oyunlarını təşkil etmiş və hər il Dünya Kubokları seriyalarına ev sahibliyi edən Azərbaycan təcrübəli təşkilatçıdır.
UEG-nin qlobal tərəfdaşı olan SmartScoring şirkəti ilə xalların hesablanması sistemi və yarış cədvəlini müzakirə etməzdən əvvəl, Baş katib Fərid Qayıbovun rəhbərliyi ilə təşkilatçılar UEG heyətini yarış məkanı, avadanlıq, alətlərlə və onların təklif olunan yerləşdirilmə planı ilə tanış etdilər.
İdmanın təqdimatı üslubuna gəldikdə isə, onlardan daha çox yenilik gözləyin!
Avropa Gimnastika İttifaqının mətbuat xidməti, 31 oktyabr 2017-ci il