10 fevral 2012
2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda keçiriləcək! Xatırladaq ki, Bakı 2007 və 2009-cu illərdə artıq qitə yarışları təşkil edilmişdir.
Bununla bağlı Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimov, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heydiger, təşkilatın direktoru Kirsi Yerofejeff-İnqman və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov görüş və mətbuat konfransı keçirilmişdir.
“Sizinlə belə bir şad xəbəri bölüşmək istəyirəm ki, bədii gimnastika üzrə 2014-cü il Avropa çempionatı Bakıda keçiriləcək. Bu həm də 2014-cü il Yeniyetmələr Olimpiadasının seçim yarışları ilə eyni vaxta təsadüf edəcək”, A.Rəhimov deyib.
O qeyd edib ki, Avropa çempionatı hal-hazırda “Köroğlu” metro stansiyası yaxınlığında inşa edilən Milli Gimnastika Arenasında keçiriləcək.
“Bu ölkənin ən yaxşı komplekslərindən biri olacaq. Bildiyiniz kimi, ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2012-ci il “İdman ili” elan olunub və bu xəbər bizi çox sevindirdi”, deyə, nazir qeyd edib.
“Bakıda olmaq xoşdur, deyə, R. Heydiger bəyan edib. Təəssüf ki, Fransada nəqliyyat problemləri ilə əlaqədar, qurumun prezidenti Jorj Gelzek buraya gələ bilmədi. İcraiyyə Komitəsinin sonuncu iclasında 2014-cü il Avropa çempionatını Bakıda keçirmək qərara alındı. Bunun öz səbəbləri var.
2005, 2007 və 2009-cu illərdə Azərbaycanda dünya və Avropa çempionatları keçirildi. Bütün bu tədbirlər çox yüksək səviyyədə baş tutdu. Azərbaycan Gimnastika Federasiyası bizim ən məsuliyyətli tərəfdaşlarımızdandır.
Bizim çox sıx münasibətlərimiz var. Bədii gimnastika olimpiya idman növüdür. Azərbaycanda gimnastikaya maraq çox böyükdür və dövlət tərəfindən çox ciddi dəstək var.
Federasiya rəhbərliyinə, xüsusən də prezidenti Mehriban xanım Əliyevaya, nazir Azad Rəhimova minnətdarlıq bildirmək istəyirəm. Əminəm ki, Avropa çempionatı ən yüksək səviyyədə keçiriləcək. Biz çox şaddıq ki, 2014-cü ildə yenidən Bakıya gələcəyik”.
“Biz inşa edilən yerində və azərbaycanlı gimnastların məşqini ziyarət etdik, idmançılar və məşqçilərlə tanış olduq, deyə, Kirsi Yerofejeff-İnqman qeyd edib. İlk dəfə Bakıdayam və ona görə şəhərin mərkəzində gəzdim. Təəssüf ki, çox soyuq idi. Lakin bununla belə, şəhərin gözəl olduğunu gördük”.
Olimpiya Oyunlarında Azərbaycanın şanslar barədə vitse-prezident dedi: “Azərbaycanın çox yaxşı gimnastları var. Onlar bunu dəfələrlə sübut ediblər. Sizin idmançınız Aliyə Qarayevanın Olimpiadada çox yaxşı uğurlu çıxış şansları var. O, ən azından finala yüksəlməlidir”.
“Olimpiada yaxınlaşdıqca onun barəsində daha çox danışırıq, deyə, A. Rəhimov davam etmişdir. Nəyisə proqnozlaşdırmaq çox çətindir. Elə alına bilər ki, yalnız wild card sayəsində Oyunlara düşmüş idmançı sonradan çempion olar və əksinə”.
Milli Gimnastika Arenasına gəldikdə isə, baş katib F. Qayıbov dedi: “Yeni gimnastika olimpiya kompleksi əsas və əlavə zallardan ibarət olacaq. Onun sözlərinə görə, bu müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq”, deyə, o qeyd etdi.