İdman
gimnastikadan
başlayır
28 aprel 2026
27 aprel tarixində Bakı Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə 22-ci Bakı birinciliyi keçirilib.
Birincilikdə Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən ümumilikdə 50-yə yaxın gimnast iştirak edib.
Yarışda müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılar hər iki gimnastika növü üzrə qalibiyyət uğrunda böyük əzmkarlıq nümayiş etdiriblər. Batut gimnastikası üzrə gimnastlar yeniyetmələr (2012–2013), gənclər (2010–2011) və böyüklər (2009 və daha böyük) yaş kateqoriyalarında həm fərdi, həm də sinxron proqramlarda çıxış edərək öz bacarıqlarını sərgiləyiblər. Onların çıxışları yüksək texniki səviyyə və koordinasiya ilə yadda qalıb.
Tamblinq üzrə yarışlarda isə yeniyetmələr (2014–2015) və gənclər (2010–2013) yaş kateqoriyalarında idmançılar dinamik və mürəkkəb elementlərlə zəngin proqramlar təqdim ediblər.
Yarışlar idmançılar üçün həm təcrübə qazanmaq, həm də mövsümə inamla davam etmək baxımından mühüm əhəmiyyət kəsb edib.
Yekun nəticələrə əsasən, Bakı Gimnastika Məktəbinin yetirmələri yarışda yüksək nəticələr göstəriblər.
Yarışın nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://agf.az/uploads/files/ilovepdf_merged%20(24)(3).pdf