İdman

gimnastikadan

başlayır

Batut Gimnastikası üzrə Dünya Çempionatı və Yaş Qrupları Yarışlarına media akkreditasiyası

07 oktyabr 2021

Batut Gimnastikası üzrə Dünya Çempionatı və Yaş Qrupları Yarışlarına media akkreditasiyası

Hörmətli media nümayəndələri!

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2021-ci ilin noyabr ayında təşkili planlaşdırılan 2 beynəlxalq gimnastika yarışının mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq keçirilməsinə icazə vermişdir. Bununla da, Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən keçiriləcək batut gimnastikası üzrə dünya çempionatı və yaş qrupları yarışlarına media qeydiyyatı başlamışdır.

Batut gimnastikası üzrə 35-ci Dünya Çempionatı cari ilin 18-21 noyabr tarixlərində gimnastika yarışlarının ənənəvi ünvanı, bu növ üzrə Avropa çempionatına ev sahibliyi etmiş Milli Gimnastika Arenasında baş tutması gözlənilir. Qeyd edək ki, çempionata media akkreditasiyası 28 sentyabr tarixlərində açıq elan olunmuşdur. Qeydiyyatdan keçmək üçün FIG-nin https://media.gymnastics.sport/  səhifəsinə daxil olmaq lazımdır. Qeydiyyat üçün son tarix 12 oktyabrdır.

25-28 noyabr tarixlərində keçirilməsi planlaşdırılan 28-ci Dünya Yaş Qrupları Yarışlarına media qeydiyyatı AGF-nin media xidməti tərəfindən həyata keçirilir.

Qeydiyyatdan keçmək üçün şəkil, şəxsiyyət (hər iki tərəfi) və iş vəsiqələrinin surətlərinin iştirak edəcək şəxslər və media təşkilatının adının qeyd olunması ilə media@agf.az elektron poçt ünvanına göndərmək xahiş olunur. Məlumatlar natamam göndərildikdə həmin media təşkilatları və şəxslərin müraciətinə baxılmayacaqdır. Qeydiyyatdan keçmək üçün son tarix 26 oktyabrdır.

Nəzərinizə çatdıraq ki, yarışlara akkreditasiya əldə etmək üçün hər bir media nümayəndəsindən arenaya ilk gəlişində ekspress COVID-19 PCR testindən keçmək tələb olunur. Yalnız test nəticəsi neqativ olan şəxslər müvafiq yarış üçün akkreditasiya əldə edəcəklər.

Daha bir məqamı qeyd edək ki, aerobika gimnastikası üzrə ötən mayda təşkil edilmiş yarışlar zamanı olduğu kimi bu yarışlar çərçivəsində də gimnastların çıxışlarından sonra müsahibə verməsi üçün nəzərdə tutulan “Mixed Zone” adlandırılan zona onlayn müsahibələrlə əvəz ediləcəkdir.

Hər hansı bir sual yarandığı halda (+99412) 493 30 11 nömrəsi vasitəsilə federasiyanın mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz.