İdman

gimnastikadan

başlayır

Bədii gimnastika ulduzları Polşada parlayıblar

22 may 2022

Bədii gimnastika ulduzları Polşada parlayıblar

Mayın 20-dən 22-dək Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” adlı beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi yığma komandamızın böyüklərdən ibarət ikinci heyəti (qrup hərəkətləri üzrə və fərdi gimnastlar) təmsil edib. Təmsilçilərimiz uğurla çıxış edərək 4 medala sahib çıxıblar.
Fidan Yusifzadə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Leyla Əliyevadan ibarət qrup hərəkətləri üzrə yığmamızın üzvləri çoxnövçülük proqramında və 5 halqa ilə hərəkətlərdə qızıl, 3 lent və 2 topla hərəkətlərin icrasına görə isə gümüş medal qazanıblar. Fərdi növdə isə komandamızın üzvü Alina Gözəlova topla hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.