İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatının ikinci yarış günü başa çatdı

05 avqust 2026

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatının ikinci yarış günü başa çatdı

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla davam edir. Yarışların ikinci günündə yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə fərdi çoxnövçülük proqramı çərçivəsində çıxışlar baş tutub.

Günün proqramına əsasən, 2013-cü il təvəllüdlü yeniyetmələr, 2011–2012-ci il təvəllüdlü gənclər, 2010-cu il təvəllüdlülər və daha böyüklər yaş kateqoriyasındakı idmançılar halqa, top, gürzlər və lent proqramlarında mübarizə aparıblar. Yarışlar gün ərzində mükafatlandırma mərasimləri ilə davam edib.

İkinci yarış gününün yekununda fərdi çoxnövçülük üzrə qaliblər müəyyənləşib.

Yeniyetmələr (2013-cü il təvəllüdlülər)

  • Sara Atakişiyeva (OCAQ) – qızıl medal
  • Amina Novruzova (BGM) – gümüş medal
  • Güllüzar Şərifova (OCAQ) – bürünc medal

Gənclər (2011–2012-ci il təvəllüdlülər)

  • Nur Sadıqova (RKİM) – qızıl medal
  • Nuray Muradlı (ZİRƏ) – gümüş medal
  • Gülnur Məmmədli (OCAQ) – bürünc medal

Çempionat sabah yeniyetmələr və gənclər arasında keçiriləcək fərdi alətlər üzrə final yarışları ilə davam edəcək. Gimnastlar halqa, top, gürzlər və lent proqramlarında çıxış edərək ayrı-ayrı alətlər üzrə ölkə çempionu adı uğrunda mübarizə aparacaqlar.