İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə onlayn məşqçilik kurslarına start verilib

16 yanvar 2023

Bədii gimnastika üzrə onlayn məşqçilik kurslarına start verilib

Bugünlərdə bədii gimnastika üzrə 1-ci səviyyə üçün  (5-7 yaşlı gimanstlarla çalışan məşqçilər üçün) kursların onlayn hissəsinə aid tədris materialları AGF-nin tədris saytında (https://tedris.agf.az/main) öz əksini tapıb. 
Bununla əlaqədar olaraq, ölkəmizdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərində fəaliyyət göstərən məşqçilər bədii gimnastika üzrə bu səviyyəyə aid onlayn kurslardan qeydiyyatdan keçə bilərlər. 
Məşqçilər onlayn kursları və imtahanları uğurla başa vurduqdan sonra elektron qaydada dinləyici sertifikatı əldə edəcəklər.
Daha sonra məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinin keçirilməsi nəzərdə tutulur. 
Xatırladaq ki, AGF-nin tədris saytı ötən il federasiyasının İcra Komitəsinin 09.09.2020-ci il tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarına uyğun olaraq istifadəyə verilib. 
Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər. 
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. 
Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarla federasiyasnın rəsmi internet saytında tanış ola bilərsiniz: 

https://agf.az/uploads/rules/---az--rbaycan-gimnastika-fede_7548_az.pdf