İdman

gimnastikadan

başlayır

Bədii gimnastımız Avropa çempionatının bürünc medalını qazanıb  

17 iyun 2022

Bədii gimnastımız Avropa çempionatının bürünc medalını qazanıb  

İyunun 15-də İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə Avropa çempionatı start götürüb. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi qitə çempionatında 39 ölkədən 286 gimnast (91 fərdi böyüklər, 83 fərdi gənclər,  19 qrup hərəkətləri komandası) mübarizəyə qoşulub. Yarışların ikinci günü gənclər arasında qüvvəsini sınayan yığma komandamızın üzvü Kamila Qafarovanın bürünc medalı ilə yadda qalıb. Hakimlərdən 28.550 xal alan idmançımız özünəinamlı çıxışı ilə gürzlərlə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. İdmançımız halqa ilə hərəkətlərin icrasına görə 6-cı (29.050 xal) olub. 
Həlledici mərhələdə gimnastımız Alina Məmmədova da topla hərəkətlərin icrasında 6-cı pillədə  (29.050 xal) qərarlaşıb. Komandamızın digər üzvü Mədinə Dəmirova lentlə hərəkətlərin icrasına görə (26.250 xal) 7-ci yerə sahiblənib. 
Bu gün Avropa çempionatında həmçinin böyüklər arasında fərdi növdə gimnastlarımız təsnifat mərhələsində mübarizəyə qoşulublar. Komandamızın üzvü Zöhrə Ağamirova topla çıxışını 5-ci pillədə (32.050 xal) başa vuraraq finala adlayıb. Sabah idmançılarımız güzrlər və lentlərlə təsnifat mərhələsində proqramlarını nümayiş etdirəcəklər. Eləcə də çoxnövçülük üzrə finalçılar müəyyənləşəcək. 
Qeyd edək ki, Avropa çempionatı həmçinin dünya çempionatına təsnifat xarakteri daşıyır.