İdman

gimnastikadan

başlayır

Bədii gimnastımız MOK-un Atletlər Komissiyasının üzvü seçilib

04 noyabr 2022

Bədii gimnastımız MOK-un Atletlər Komissiyasının üzvü seçilib

4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilib. Bu barədə qərar Komissiyanın iclasında qəbul edilib. Qeyd edək ki, Atletlər Komissiyası idmançılar ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynayır və karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək məqsədilə ictimai layihələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. 
İdmançımızı təbrik edir, gələcək karyerasında uğurlar arzulayırıq!