İdman

gimnastikadan

başlayır

Bədii gimnastlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəalları ilə görüşüblər

11 may 2022

Bədii gimnastlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəalları ilə görüşüblər

Mayın 11-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Sağlam həyat sağlam idmanın nəticəsidir” adlı tədbir təşkil olunub.
Tədbir çərçivəsində mərkəzin fəal uşaqlarının bədii gimnastika üzrə yığma komandanın üzvləri, Avropa çempionatının gümüş və üçqat bürünc mükafatçısı, aprelin 22-dən 24-dək Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunun qalibi və gümüş mükafatçısı Zeynəb Hümmətova və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova ilə görüşü baş tutub.
Tədbirin təşkilində məqsəd uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliğı olub.
Görüş zamanı idmançı qızlar uşaqlarla çox səmimi söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıblar.
Bədii gimnastlar həmçinin məktəblilərə öz tövsiyələrini verib, idmanın Azərbaycanın müstəqillik rəmzlərini nümayiş etdirən və dünyanın müxtəlif ölkələrində tanıdan vasitə olduğunu diqqətə çatdırıblar. Onlar mərkəzin fəal yeniyetmə və gənc üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.