İdman

gimnastikadan

başlayır

Bədii gimnastlar Dünya Kubokunda iştirak edib

18 aprel 2021

Bədii gimnastlar Dünya Kubokunda iştirak edib

16-18 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.

Bu kubokda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.

Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən Nərminə 33-cü, Arzu isə 37-ci yerdə qərarlaşıb. Alətlər üzrə yarışlarda Nərminə ən yaxşı nəticəni halqa ilə (24-cü yer), Arzu  isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.