İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımız ağacəkmə aksiyasında iştirak ediblər  

28 dekabr 2021

Bədii gimnastlarımız ağacəkmə aksiyasında iştirak ediblər  


Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin əməkdaşlarının, idmançıların və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə aksiyası keçirilib.
Aksiyada gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, Olimpiya və dünya çempionları, ictimai fəal gənclər də iştirak ediblər.
Bədii gimnastika üzrə yığma komandanın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da ağacəkmə aksiyasına qoşulublar.  
Aksiya iştirakçıları qeyd ediblər ki, mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları ölkəmizdə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Ağacəkmə zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1000-dək Eldar şamı, Şərq çinarı, zeytun ağacları əkilib.