İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımız beynəlxalq turnirdə beş medal qazanıblar

28 aprel 2022

Bədii gimnastlarımız beynəlxalq turnirdə beş medal qazanıblar

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında start götürən 21-ci "Irina Deleanu Cup” adlı beynəlxalq turnirə yekun vurulub. Yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb. Komandamızın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü olub.