İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

31 may 2021

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

28-30 may tarixlərində İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə dünya kuboku keçirilib.

Bu yarışda bədii gimnastika üzrə yığma komandamızın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova iştirak edib.

Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan kuboklardan sonuncusu olan bu turnirdə Zöhrə ən yaxşı nəticəsini lentlə göstərərək 11-ci yerdə qərarlaşıb. Böyüklər arasında öz qüvvəsini bu ildən sınayan Arzu isə ən yaxşı nəticəni gürzlərlə göstərib (22-ci yer).

Xatırladaq ki, Zöhrə 2019-cu ildə Bakıda keçirilmiş dünya çempionatında Tokio-2020 Olimpiya Oyunlarına lisenziyanı əldə edib.