İdman

gimnastikadan

başlayır

İlin ən yaxşıları

25 dekabr 2017

İlin ən yaxşıları
Bu gün, Beynəlxalq Mətbuat Mərkəzində “İlin ən yaxşıları” nominasiyalarının təqdimatı mərasimi keçirilib.

Milli Olimpiya Komitəsinin təsisçiliyi ilə fəaliyyət göstərən “Olimpnews.az” saytı ilin ən yaxşılarını müəyyənləşdirmək üçün çoxsaylı oxucuları, KİV nümayəndələri, idman təşkilatları arasında rəy sorğusu keçirib. Sorğulara əsasən son 10 ildə Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsində çalışmış və cari ilin 2 dekabr tarixində Avropa Gimnastika İttifaqının prezidenti seçilmiş Fərid Qayıbov “İlin idman adamı” nominasiyasında mükafata layiq görülüb.
 
İlin yekunlarına dair növbəti tədbir isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. Azərbaycan Gimnastika Federasiyasının tamblinq üzrə yığma komandasının üzvü, Dünya Yaş Qrupu Yarışlarında gimnastika tariximizdə ilk dəfə olaraq bu qəbildən olan turnirdə qızıl medal qazanmış Mixail Malkin “İlin ən yaxşı idmançısı” nominasiyasında  mükafata layiq görülüb.
 
Aerobika gimnastikası üzrə 3 qat Azərbaycan çempionu,Ocaq Sport Klubunun kiçik gimnastı Ayan Əliyeva isə “İlin ən perspektivli idmançısı” nominasiyasında mükafatlandırılıb.