İdman

gimnastikadan

başlayır

Bölgə gimnastlarının MGA-da məşqləri davam edir

11 yanvar 2023

Bölgə gimnastlarının  MGA-da məşqləri davam edir

Milli Gimnastika Arenasında Qax, Zaqatala, Şamaxı və Zabrat bədii gimnastları  təlim-məşq toplanışlarına cəlb olunublar. Yanvarın 9-da start götürən komandaların paytaxtda keçirilən məşqləri yanvarın 14-nə kimi davam edəcək. Ümumilikdə məşqlərdə 8 idmançı iştirak edir.  İdmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilir. Bununla yanaşı, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir. 
Qeyd edək ki, Zabrat İdman Klubunda 2016-cı, Zaqatala Talaçay Kompleksi və Qax Olimpiya İdman Kompleksində 2019-cu, Şamaxı Olimpiya İdman Kompleksində isə 2021-ci ildən gimnastika bölmələri fəaliyyət göstərir.