21 iyun 2015
Bu dəfə batutçumuz İlya Qrişunin ilk Avropa Oyunlarında Azərbaycan yığmasının hesabına bürünc medal yazdırdı. Gimnastımız 58.765 xal toplayaraq, fəxri kürsünü bu oyunlarda 1-ci yeri qazanan, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Rusiyalı Dmitriy Uşakov və Avropa Çempionatının qalibi, Dünya Çempionatının bürünc mükafatçısı, Avropa Oyunlarında 2-ci yerdə qərarlaşan Vladislav Qonçarov ilə bölüşdü.
Bu medal idmançımızın karyerasında ən yüksək nailiyyət oldu.
Qeyd edək ki, batut üzrə yarışlarda qadınlar arasında təmsilçimiz Svetlana Makştaryova 52.595 xalla 5-ci yerdə qərarlaşıb.
Hazırda, Azərbaycan gimnastları müxtəlif nominasiyalı 6 medal, ən əsası isə bir qızıl medal əldə ediblər.
Xüsusilə vurqulamaq istərdik ki, gimnastikanın bir növü olan batut, ölkəmizdə 2013-cü ilin ortalarından etibarən inkişaf etdirilir.