İdman

gimnastikadan

başlayır

Cənubi Koreyada uğurlu çıxış 

26 noyabr 2022

Cənubi Koreyada uğurlu çıxış 

Noyabrın 23-dən 28-dək Cənubi Koreyada bədii gimnastika üzrə “The Fairy Korea” beynəlxalq turniri keçirilib. Yığma komandamızın üzvləri yarışda uğurla çıxış ediblər. Turnirdə ölkəmizi təmsil edən gimnastlarımız Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli və Leyla Əliyevadan ibarət qrup hərəkətləri komandası 3 lent və 2 top, həmçinin, 5 halqa ilə hərəkətlərdə qızıl medal qazanıb. Leyli Ağazadə halqa və gürzlərlə hərəkətlərdə qızıl, lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc mükafata sahib olub.