İdman

gimnastikadan

başlayır

Çingiz Şamilov dünyasını dəyişdi

29 Iyun 2020

Çingiz Şamilov dünyasını dəyişdi

Azərbaycanın idman gimnastikası üzrə əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Çingiz Şamilov dünyasını dəyişdi.

Ömrünü idmana həsr etmiş Ç.Şamilov "Burevestnik” cəmiyyətində idman gimnastikası ilə məşğul olub, SSRİ idman ustası adına layiq görülüb.

Əmək fəaliyyətinə də idman sahəsində başlayan Ç.Şamilov Milli Olimpiya Komitəsində aparıcı mütəxəssis olmuş və bir müddət Azərbaycan Gimnastika Federasiyanın Baş katibi vəzifəsində çalışmışdır.

Ç.Şamilov peşəkar keyfiyyətləri və yüksək insani xüsusiyyətləri ilə bütün həmkarlarının yaddaşlarında uzun illər qalacaqdır.

Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.

Allah rəhmət etsin.