15 noyabr 2014
Ötən gün Bakı Gimnastika Məktəbində akrobatika üzrə 21-ci Azərbaycan Birinciliyi sona çatıb. Yarışda Bakı Gimnastika Məktəbi, Nizami rayonu idman məktəbi və “Neftçi” İdman Klubunu təmsil edən 30-dan çox iştirakçı 4 cüt medal uğrunda mübarizə apardılar.
Yarışın tamaşaçıları və qonaqları coşğulu alqışlarla xalçada çıxış edən gimnastları dəstəkləyirdilər.
Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qadın qrupunun qarışıq hərəkətlərlə çıxışı yarışın yaddaqalan məqamlarından oldu. Müsabiqədən kənar çıxış edən və ölkəmizi Bakıda təşkil olunacaq Avropa Oyunları-2015-də təmsil edəcək akrobatlarımız dəqiq işlənmiş elementləri nümayiş etdirərək, zalda olan hər kəsi ovsunladılar.
Yarışın nəticələri ilə daha yaxından saytımızdan tanış ola bilərsiniz www.agf.az
Qarşıda bizi kişi idman ginastikası üzrə Azərbaycan və Bakı Birinciliyi (5 dekabr), həmçinin bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı (11-12 dekabr) gözləyir. Hər iki yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.