İdman

gimnastikadan

başlayır

Daha iki növ üzrə Bakı çempionları bəlli oldu

16 dekabr 2022

Daha iki növ üzrə Bakı çempionları bəlli oldu

Dekabrın 16-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi və qadın idman gimnastları, eləcə də akrobatika üzrə gimnastlar paytaxtın ən güclüsünü müəyyənləşdirdilər. Kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası üzrə 6-cı birgə Bakı birinciliyində ümumilikdə 129 gimnast bacarığını nümayiş etdirdi. 
Yarışda “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, Bakı Gimnastika Məktəbi, “Qarabağ” Sport Klubu, 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbi, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin təmsilçiləri birincilik uğrunda mübarizəyə qoşulmuşdu.
Maraqlı və gərgin mübarizənin yekununda akrobatika üzrə yarışlarda balacalar (2007-2016-cı illər) qarışıq cütlük, qadın cütlüyü, qadın qrupu, uşaqlar (2006-2011-ci illər) qadın qrupu,  yeniyetmələr (2004-2010-cu il) qadın qrupu, kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, gənclər (2003-2009-cu il) qadın qrupu proqramında balans, temp və qarışıq hərəkətlərində çıxış edərək qalibi müəyyənləşdirdilər.  
Qadın idman gimnastları kiçiklər (2015-ci il), uşaqlar (2012-2013-cü il), gənclər (2007-2009-ci il), yeniyetmələr (2010-2011-ci il) yaş kateqoriyası üzrə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlərdə qüvvələrini sınadılar. 
Kişi idman gimanstları kiçiklər (2015-ci il), uşaqlar (2011-2012-ci il), balacalar (2013-2014-cü il), yeniyetmələr (2009-2010-cu il), gənclər (2005-2008-ci il) yaş qrupunda sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnikdə çıxış edərək çempion tituluna yiyələndilər.