İdman

gimnastikadan

başlayır

Hörmətli Altay müəllim!

03 fevral 2011

Hörmətli Altay müəllim!

Azərbaycan Gimnastika Federasiyasının kollektivi, Sizi 50 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir!

Azərbaycanda gimnastikanın inkişafı naminə gördüyünüz işlər, layiqli olaraq dünyanın bir çox ölkələrinin ən yüksək idman mükafatlarının əldə olunması ilə nəticələnmişdir.

Gimnastika üzrə bütün yarışların təşkili və keçirilməsində şəxsi iştirakınız, ölkənin idman həyatında xeyirxahlıq, yüksək mədəniyyət və qələbəyə inam abu-havası yaratmışdır.

Biz Sizi nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da layiqli şöhrət və hörmət sahibi olan, öz işinin peşəkarı, yüksək bilikli, ziyalı, xoşxasiyyətli bir şəxs kimi tanıyırıq.

Arzu edirik ki, sonrakı 50 ildə də həyata, ailənizə, işinizə və idmana olan sevginizi qoruyub saxlayasınız.

Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edir, can sağlığı, yeni böyük uğurlar arzulayırıq!

Azərbaycan Gimnastika Federasiyasının kollektivi