13 noyabr 2015
Əziz dostlar!
Hörmətli idman və gimnastika həvəskarları!
Hazırda biz idmana və sağlam həyat tərzinə günü-gündən daha çox diqqət yetiririk. Gimnastika istənilən peşəkar idman növünün, o cümlədən müasir həyatımızın ayrılmaz hissəsinə çevrilmiş fitnesin əsasını təşkil etdiyindən, bütövlükdə idman gimnastikadan başlanır.
Milli Gimnastika Arenasının 2014-cü ilin aprel ayında açılışından etibarən burada keçirilən yerli və iri miqyaslı beynəlxalq yarışları tamaşaçı tribunalarından izlədiyiniz zaman, əminik ki, gimnastika növləri üzrə yığma komanda üzvləri üçün yaradılmış məşq şəraiti, iş qrafiki, arenanın daxilindəki müxtəlif təyinatlı otaqlar, və əlbəttə ki, idmançıların çıxışlarında istifadə etdikləri alətlər və idman avadanlıqları ilə bağlı suallarınız yaranıb.
İndi, Sizin, Beynəlxalq Gimnastika Federasiyasının proqramına daxil olan 7 gimnastika növü üzrə ixtisaslaşmış, dünyanın unikal idman qurğusu olan Milli Gimnastika Arenasına turda iştirak etməklə, bütün bu və digər suallarınıza cavab tapmaq imkanınız var.
Tur hər həftənin şənbə günləri keçirilir. Sizə uyğun vaxtı seçib - 11:00, 12:00 və ya 13:00 - turda iştirak etməklə, özünüzü bir günlük də olsa peşəkar idmançı kimi hiss edəcək və bəlkə də yeni bir idmançı karyerasının əsasını öz övladınızın simasında qoyacaqsınız.
Tur haqda daha ətraflı məlumatı arenanın internet saytına daxil olmaqla (www.mga.az) və ya telefonla (+99412 566 96 99) əlaqə saxlamaqla, əldə edə bilərsiniz.
Gimnastika aləminə - gözəllik, zəriflik güc və çeviklik dünyasına xoş gəldiniz!